Topaz
Premyer Liqasının 20-ci turunda “Xəzər Lənkəran” doğma meydanda “Turan”ı 4-2
hesabı ilə məğlub etdi.
Əfqan
Talıbov, “Turan” klubunun baş məşqçisi: “Gözəl oyun keçdi. Bundan əvvəlki
oyunlarda səhvlərimiz olmuşdu. Bu gün onları aradan qaldırmağa çalışdıq. Buna
tam nail ola bilmədik. Hesab 3-2 olan komandamız ürəkləndi, heç-heçə
qurtarsaydı daha yaxşı nəticə olardı”.
Karles
Bakes, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Bir neçə qol imkanımız oldu,
qapı dirəyindən dönən toplarımız oldu. İki oyuna 6 qol vurub 5 qol buraxmışıq. Sadə səhvlərdən qollar buraxırıq, bunu aradan qaldırmalıyıq. Qarşıda bizi çətin oyunlar gözləyir. Kamal Bayramova tezliklə zədəsini sağaltmağı arzulayıram”.
|