Topaz
Premyer Liqasının 20-ci turu cərçivəsində lider “İnter” doğma meydanda “Qəbələ”ni
qəbul etdi. Rəqibini 2-1 hesabı ilə məğlub edən paytaxt komandası
turnir cədvəlində mövqeyini qorudu.
Ramiz Məmmədov, “Qəbələ” klubunun baş məşqçisi: “Çətin
oyun olacağını bilirdik. Komandam pis oynamadı. İlk hissədə 3-4 qol vəziyyətindən
yararlansaydıq, verilən taprşırıqları yerinə yetirmiş olardıq. Rəqibin vurduğu
hər iki qol öz səhvimizdən oldu”.
Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Komandamı
qələbə ilə təbrik edirəm. Hər oyun final kimidir. Bəzi futbolçular oyuna tam
hazır deyildi. Arif Daşdəmirov toplanışda başdan sonadək iştirak edə bilməsə də
bu gün 90 dəqiqə meydanda mübarizə apardı. İlk qoldan sonra pis oynadıq, “Qəbələ”nin
futbolçuları fərdi cəhətdən bizim müdafiəçiləri üstələdi. İkinci qolu vurduqdan
sonra isə müdafiəyə çəkilib rəqibin boşluqlarından istifadə etməyə çalışdıq. Bütün
oyunlara həm fiziki, həm də psixoloji hazır olmalıyıq”.
|