UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin cavab görüşləri keçirib. “Bank Respublika Arena”da “Makkabi Hayfa”nı qəbul edən “Sabah” 120 dəqiqəlik matçda 3:6 hesabla məğlub olub. İlk görüşdə 3:0 qalib gələn “tələbələr” penaltilər seriyasında rəqibini yenərək (3:2) Konfrans Liqasının III təsnifat mərhələsinə yüksəlib.
Səfərdə DAK-ın qonağı olan “Zirə” isə slovakiyalılara 2:1 qalib gələrək ümumi hesabda rəqibini 6:1 üstələyib. “Qartallar” Konfrans Liqasının III təsnifat mərhələsinə yüksəlib.
Qeyd edək ki, bu mərhələdə “Sabah” “St Patriks” (İrlandiya), “Zirə” isə “Osiyek”lə (Xorvatiya) qarşılaşacaq.
|