![](uploads/98866PFL məlumat sayt.jpeg) Peşəkar Futbol Liqasının 2024/2025-ci illər mövsümü üçün akkreditasiya qeydiyyatından keçmiş media nümayəndələri (20 iyuladək müraciət edənlər) vəsiqələrini bugündən etibarən həftəiçi saat 11:00-16:00 aralığında qurumun Media və Marketinq Departamentindən əldə edə bilərlər.
Qeyd edək ki, akkreditasiya qeydiyyatı 31 mart 2025-ci il tarixinədək davam edəcək. İlkin akkreditasiyaya gecikənlər, şərtlərə tam cavab verməyənlər, işə yeni qəbul olunanlar bu tarixədək müraciət edə bilərlər. Həmin akkreditasiyalar müraciətdən sonrakı bir ay ərzində təqdim olunacaq.
|