![](uploads/14432PFL məlumat sayt.jpeg) Avrokuboklarda çıxış edən komandalarımızın potensial rəqibləri müəyyənləşib. Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” III təsnifat mərhələsinə yüksələcəyi təqdirdə “Ludoqorets” (Bolqarıstan) – “Dinamo Minsk” (Belarus) cütünün qalibi, məğlub olacağı halda isə Avropa Liqasının III təsnifatında eyni cütün məğlubu ilə qarşılaşacaq.
Konfrans Liqasındakı klublarımızdan “Zirə” “DAC 1904”ü məğlub etsə, III təsnifat mərhələsində “Osiyek” (Xorvatiya) – “Levadia” (Estoniya) cütünün qalibinə rəqib olacaq. “Sabah” “Makkabi”ni yensə, “Sent Patriks Atletiks” (İrlandiya) – “Vaduts” (Lixtenşteyn) cütünün, “Sumqayıt” “Fehervarı” məğlub etsə, “Omoniya” (Kipr) – “Torpedo” (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, hər üç klubumuz növbəti mərhələyə yüksələcəyi halda ilk oyununu səfərdə keçirəcək.
|