![](uploads/6143761437hmghmghmf.jpg) Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyununda Moldovada “Şerif”i 1-0 məğlub edən “Zirə” cavab görüşünə çıxıb. “Liv Bona Dea Arena”da keçirilən matçın əsas vaxtı 1:2 bitib. Penaltilərə qədər uzanan qarşılaşmanın lotereyasında qonaqlar sevinən tərəf olub – 4:5.
Qeyd edək ki, mübarizəni Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirəcək “qartallar”ın rəqibi Slovakiyanın “Dunayska” klubu olacaq.
|