Bu gün Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümünün püşkatma mərasimi keçirildi. AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov, Media və marketinq direktoru Sənan Abdullayev, Yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev, elita klublarının nümayəndələri, jurnalistlər iştirak etdilər. İlk turu 2-4 avqust tarixlərdə keçiriləcək yeni mövsümün startda üz-üzə gələcək komandaları aşağıdakı kimidir: 2-4 avqust I tur “Araz Naxçıvan” – “Qarabağ” “Şamaxı” – “Sabah” “Zirə” – “Səbail” “Neftçi” – “Turan Tovuz” “Sumqayıt” – “Kəpəz”
|