![](uploads/87840PFL məlumat sayt.jpeg) Peşəkar Futbol Liqası 2024/2025-ci illər futbol mövsümü üçün blogerlərin akkreditasiya qeydiyyatına start verir. PFL-in keçirdiyi yarışlar üçün bloger akkreditasiya vəsiqəsinə sahib olmaq istəyənlər aşağıdakı məlumatları bu gündən etibarən iyul ayının 20-dək [email protected] ünvanına göndərə bilərlər:
1) Ad və soyad
2) Sosial media hesabı (“link”)
3) 3x4 ölçüdə fotoşəkil
Qeydlər:
- Akkreditasiya qeydiyyatı 31 marta qədər davam edəcək. İlkin qeydiyyata gecikənlərə akkreditasiyalar müraciətdən sonrakı bir ay ərzində təqdim olunacaq. Şərtlərə tam cavab verməyənlər çatışmazlıqları aradan qaldırdıqdan sonra müraciət edib akkreditasiya ala bilərlər.
- Peşəkar Futbol Liqasının cari mövsüm üçün akkreditasiyası aktiv sosial media hesabı olan blogerlərə veriləcək.
- Akkreditasiya üçün müraciət edildikdən sonra vəsiqənin verilib-verilməməsi tam olaraq PFL-in səlahiyyətindədir.
|