Topaz Premyer Liqasının 20-ci turunda “Sumqayıt” klubunu
qəbul edən “Qarabağ” 3-0 hesablı qələbə qazanaraq növbəti üç xalı aktivinə
yazdı.
Bernhard Raab, “Sumqayıt” klubunun baş məşqçisi: “Rəqib
komanda qələbəyə layiq idi, oyuna nəzarət “Qarabağ”da idi. Heç bir təhükəli
epizod yarada bilmədik”.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Vacib
üç xal qazandıq. Buna qədər “Sumqayıt” “Bakı” ilə matçda çox yaxşı oynamışdı.
İlk hissədə oyunumuz istədiyimiz kimi alındı. İki qoldan sonra isə komanda daha
rahat oynadı. Artıq bu qələbəni unudub irəlidəki oyunlara baxmalıyıq”.
|