Bu gün Çempionlar Liqası və Konfrans Liqasında II təsnifat mərhələlərinin püşkatması baş tutub.
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” II təsnifat mərhələsində “Hamrun” (Malta) – “Linkoln” (Cəbəllüttariq) cütünün qalibi ilə qarşılaşacaq. Bu mərhələnin matçları 23/24 iyul və 30/31 iyul tarixlərində keçiriləcək.
Konfrans Liqasındakı klublarımızdan “Sumqayıt” “Fehervar” (Macarıstan), “Sabah” isə “Makkabi” (Hayfa, İsrail) ilə qarşılaşacaq. UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin görüşləri 25 iyul və 1 avqust tarixlərində baş tutacaq.
Qeyd edək ki, bu gün “Zirə”nin potensial rəqibləri də bəlli olub. Belə ki, “Zirə” Avropa Liqasının I təsnifat mərhələsində “Şerif”i (Moldova) mübarizədən kənarlaşdırsa, II mərhələdə “Elfsborq” (İsveç) – “Pafos” (Kipr) cütünün qalibi ilə qarşılaşacaq. Qəsəbə təmsilçisi Avropa Liqasının ilk mərhələsində məğlub olacağı təqdirdə Konfrans Liqasının II təsnifat mərhələsində “Dunayska Ştreda”ya (Slovakiya) rəqib olacaq.
|