![](uploads/68042PFL yaşıl loqo.png) İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
II Liqa pley-off:
05 iyun 2024-cü il tarixində II Liqada pley-offun “Hypers” – “Şəfa” oyununun 90+4-cü dəqiqəsində “Hypers” komandasının 16 nömrəli futbolçusu Sirac Məmmədli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır (maddə 40.3);
05 iyun 2024-cü il tarixində II Liqada pley-offun “Hypers” – “Şəfa” oyununun 90+5-ci dəqiqəsində “Şəfa” komandasının 23 nömrəli futbolçusu Nicat Abbasov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Şəfa” komandası 300 manat cərimə edilir (maddə 40.3).
Qeyd: Bu cəzalar komandaların oynayacağı liqaya şamil edilir.
|