![](uploads/39301632373b0cd354632373b0cd3551663267760632373b0cd351632373b0cd353.jpg) Azərbaycan Kubokunun final oyunundakı həlledici qol Abdullah Zubir üçün əlamətdar olub. Fransalı futbolçu “Qarabağ”ın heyətində 60-cı dəfə fərqlənib.
O, “Zirə” ilə görüşdə komandasına 2:1 hesablı qələbə gətirən qolun müəllifi olub. Zubir 60-cı qolunu 262-ci matçında vurub. Fransalı Premyer Liqada 42, avrokuboklarda 14, ölkə kubokunda 4 dəfə fərqlənib.
Qeyd edək ki, Zubir 2018-ci ilin yayından “Qarabağ”da forma geyinir.
|