![](uploads/55216ff.jpg) Azərbaycan Kubokunda 2023/2024-cü illər mövsümünün qalibi müəyyənləşdi. “Qarabağ” finalda “Zirə”ni 2:1 hesabla məğlub edərək kuboka yiyələndi. Bu, “Qarabağ”ın tarixində qazandığı 8-ci ölkə kubokudur. Matçdan sonra keçirilən mükafatlandırma mərasimində "Qarabağ" klubuna qızıl medallar və kubok təqdim edilib. "Köhlən atlar"a mükafatları AFFA prezidenti Rövşən Nəcəf, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və PFL-in prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov təqdim ediblər. Qeyd edək ki, mükafatlandırmanın əvvəlində PFL-in rəsmi tərəfdaşlarına da xüsusi hədiyyələr verilib.
Peşəkar Futbol Liqası mükafatlandırma mərasimindən fotoları təqdim edir.
|