Topaz Premyer Liqasının 20-ci turunda doğma meydanda
AZAL-I qəbul edən “Bakı” rəqibini 2-0 hesabı ilə məğlub edərək turnir cədvəlində
altıncı pilləyə yüksəldi.
Bojidar Bandoviç, “Bakı” klubunun baş məşqçisi: “Bizim
üçün hər oyun final oyunu kimidir. İlk hissədə qol vurmaq üçün şanslarımız
oldu. İkinci hissəyə daha yaxşı başladıq. Qalib gəldik, qələbə bizə çox lazım
idi. Oyunçularımı təbrik edirəm, qələbə üçün əllərindən gələni etdilər. Rauf
Əliyev milli komandanın düşərgəsində olduğundan bizimlə toplanış keçə bilməmişdi.
Əsas olan futbolçunun komandaya nə qədər xeyirli olmasıdır. Rauf da özünü göstərəcək”.
Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “Meydana qələbə
əzmi ilə çıxmışdıq. Cinah hücumlarından iki qol buraxdıq. Komandada yorğunluq
hiss olunurdu. Ruslan Tağızadə gəncdir, müdafiədə müdafiəçi kimi oynamaq
lazımdır. Juniorun əvəzlənməsi oyun planlarımızı pozdu. İlk hissədə qol
buraxmasaydıq ikinci hissədə daha yaxşı oynaya bilərdik. Hücumlarımızı yaxşı təşkil
edə bilmirik, oyunumuzda müəyyən çatışmazlıqlar var, bunları birdən həll etmək
olmur”.
|