![](uploads/41942PFL məlumat sayt.jpeg) 2 iyun tarixində "Qarabağ" və "Zirə" komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun final matçının oyunöncəsi mətbuat konfransları və açıq məşqin vaxtı müəyyənləşib.
Nominal meydan sahibi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı saat 16:30-da, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı 17:30-da başlayacaq.
“Qartallar”ın media üçün açıq məşqi saat 18:00-da start götürəcək.
Qeyd edək ki, oyunöncəsi mətbuat konfransları və açıq məşqdə iştirak üçün 1 iyun tarixində saat 15:30-da metronun Koroğlu stansiyasının qarşısından (“Piramida”nın arxasından) “Baku Bus” MMC-yə məxsus ödənişsiz avtobus “Liv Bona Dea Arena”ya yola düşəcək. Geri dönüş isə saat 19:00-da olacaq. Media nümayəndələri mövsümlük akkreditasiyalarını təqdim etməklə nəqliyyat vasitəsinin xidmətindən yararlana bilərlər.
|