Topaz
Premyer Liqasının 16-cı turundan təxirə salınmış oyunda “Bakı” “Turan”ı 4-0
hesabı ilə məğlub edərək ilk altılığa düşmək şanslarını bir qədər
yaxşılaşdırdı.
Əfqan
Talıbov, “Turan” klubunun baş məşqçisi: “Yalnız ilk 30 dəqiqədə səhvsiz
oynadıq. Buraxılan ilk qoldan sonra oyunumuz pozuldu, səhvlər artdı. Fasilədəki
əvəzetmələrlə dönüş yaratmağa çalışdıq. Lakin qapımıza vurulan qollar komandanı
tamamilə ruhdan saldı. Qarşıda “Xəzər Lənkəran”la səfər oyunumuz var, çox çətin
olacaq. Həmin oyunda xal qazanmalıyıq”.
Bojidar Bandoviç, “Bakı” klubunun baş məşqçisi: “Məqsədimiz
yalnız qələbə qazanmaq idi. Buna yaxşı oyunla nail olduq. Turnir cədvəlində vəziyyətimizi
yaxşılaşdırdıq. “Altılıq” uğrunda mübarizəni sona kimi davam etdirəcəyik. Həm
oyundan, həm də nəticədən razı qaldım. İlk hissədə daha çox qol vurmalı idik. Bu
qələbə ilə qarşıdakı 3 oyuna ümidlə yollanmaq baxımından da lazım idi”.
|