![](uploads/96247444480010_849249853910363_4564555164463272173_n.jpg) Əvəzedicilər liqasında mükafatçılar bəlli olub. XXXV turun oyunlarından sonra bütün medallar sahiblərini tapıb.
12 ildən sonra əvəzedicilərin çempionu olan “Neftçi”nin ikinci komandası yeni rekorda imza atıb. Bakı klubu 3 qızıl medal qazanan ilk komanda olub. “Qarabağ”, “İnter” (indiki “Şamaxı”) və “Bakı”nın əvəzediciləri iki çempionluq qazanıb. Bu 4 komandadan başqa, OİK (indiki MOİK), “Qəbələ” və “Səbail”in də “ikinciləri” qızıla sahib çıxıb.
İkinci yeri tutan “Qəbələ” ardıcıl 3-cü, ümumilikdə 5-ci gümüşü əldə edib. Bu, komandanın 8-ci medalıdır. Qəbələlilər bu göstəricidə rekorda imza atıb.
“Sabah” isə mövsümü bürünclə bitirib. Bu, komandanın ilk belə uğurudur.
Qeyd edək ki, fasilələrlə keçirilən əvəzedicilərin çempionatı 12-ci dəfə təşkil olunub.
mövsüm
|
çempion
|
II yer
|
III yer
|
1997/98
|
OİK
|
Neftçi
|
Kəpəz
|
2008/09
|
Neftçi
|
Qarabağ
|
Bakı
|
2009/10
|
Qarabağ
|
İnter
|
Qəbələ
|
2010/11
|
Bakı
|
Turan
|
Qəbələ
|
2011/12
|
Neftçi
|
Qəbələ
|
İnter
|
2012/13
|
Bakı
|
Simurq
|
Neftçi
|
2013/14
|
İnter
|
Qəbələ
|
Simurq
|
2014/15
|
İnter
|
Simurq
|
Neftçi
|
2015/16
|
Qəbələ
|
Qarabağ
|
Sumqayıt
|
2016/17
|
Qarabağ
|
Qəbələ
|
Neftçi
|
2017/18
|
Səbail
|
Qəbələ
|
Zirə
|
2023/24
|
Neftçi
|
Qəbələ
|
Sabah
|
|