Topaz
Premyer Liqasının 4-cü turundan təxirə salınmış AZAL – “Neftçi” oyununda qonaq
komanda 2-1 hesabı ilə qalib gəldi. Bu nəticə ilə “Neftçi” turnir cədvəlində
ikinci pilləyə yüksəldi.
Vaqif
Sadıqov, AZAL klubunun baş məşqçisi: “Çox vacib oyun idi, komandam sona kimi mübarizə
apardı. Bu gün “Neftçi” qalib gəlmədi, AZAL məğlub oldu. İlk hissədə bir neçə
qol imkanından istifadə edə bilmədik. Orxan və Usim zədə səbəindən bu gün
komandaya kömək edə bilmədilər. Qarşıda üç oyunumuz var, ilk altılığa düşməyə
çalışacağıq. Futbolçular öz adları üçün oynamalıdır. Biz altılıqda oynamağa
layiqik. Komandada oyun var, hər oyunda 5-6 qol epizodu yaradırıq, lakin
istifadə edə bilmirik”.
Böyükağa
Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “Çox maraqlı oyun alındı, azarkeşlər
darıxmadı. “Neftçi” hər oyun daha da yaxşı oynamalıdır. Hesabda irəli
çıxmağımıza baxmayaraq, açıq futbol oynadıq. Bizə lazım olan üç xalı aktivimizə
yazdıq. “İnter”lə olan xal fərqini öz aramızda keçiriləcək oyunda aradan
qaldırmalıyıq. Yeni transferlər komandada rəqabət yaratmalıdır. Zəif oynayan
futbolçunun mövqeyinə digərini buraxacağıq. Komandada az da olsa rəqabət
yaratdığımıza şadam”.
|