Azərbaycan Kubokunun final oyununda iştirak etmək istəyən media nümayəndələri və blogerlərin qeydiyyatı başlanıb. “Liv Bona Dea Arena”da 2 iyun saat 20:00-da başlayacaq “Qarabağ” – “Zirə” görüşündə iştirak etmək istəyən jurnalist və blogerlər 15 may saat 17:00 tarixinə qədər [email protected] ünvanına ad, soyad, təmsil etdikləri media subyektinin adını və akkreditasiya növünü (press, tv, foto, bloger) göndərməlidirlər. Mətbuat konfransında iştirak etmək istəyən media nümayəndələri bunu müraciətlərində qeyd etməlidirlər.
Qeyd 1: Mətbuat konfransında hər media subyektindən 1 nəfər (TV – 2 nəfər) iştirak edə bilər.
Qeyd 2: Blogerlər yalnız media sektor və miks zonaya daxil ola bilərlər.
Qeyd 3: Vəsiqələrin verilməsi barəsində son qərar Peşəkar Futbol Liqasına məxsusdur.
Nümunə:
Ad:
Soyad:
Media subyekti:
Akkreditasiya növü:
Mətbuat konfransında da iştirak istəyimi nəzərə almağınızı xahiş edirəm.
|