Topaz
Premyer Liqasının 19-cu turunda “Sumqayıt”la qarşılaşan “Bakı” doğma meydanda
keçirdiyi oyunda 1-1 hesablı heç-heçə etdi.
Bojidar
Bandoviç, “Bakı” klubunun baş məşqçisi: “Yeni ildə ilk oyunumuz idi, qələbə
qazanmaq istəyirdik. İlk hissədə oyuna nəzarət etsək də, rəqib əks-hücumlarda təhlükəli
idi. Hesabda geri düşdükdən sonra gözəl qol vurub hesabı bərabərləşdirdik.
İkinci hissəyə də yaxşı başladıq. Lakin bəzi epizodlarda ötürmələrdə səhvlər
edirdik, topu rəqibə bağışlayırdıq. Qırmızı vərəqə oyunumuza təsir etdi. Rəqib
komanda əks-hücumda bir neçə dəfə fərqlənə bilərdi. Qarşıdakı oyunlarda qalib gəlməliyik”.
Bernhard
Raab, “Sumqayıt” klubunun baş məşqçisi: “Oyunboyu komandam yaxşı oynadı. Qol
epizodlarımız rəqibdən daha çox idi. Hesabı açdıqdan sonra əks-hücumlarda
ikinci qolu vurmaq üçün də imkanlarımız oldu. Bu imkanlardan yararlana bilmədyimizə
təəssüflənirəm. Müdafiənin səhvindən qapımızda qol gördük. Son 20 dəqiqədə
qalib gəlmək üçün risk etdik. Lakin son ötürmələrdə dəqiqlik çatmırdı.
Ümumilikdə nəticədən razıyam”.
|