Topaz Premyer Liqasının 19-cu turunda “Rəvan” doğma meydanda “Turan”ı 2-0 məğlub etdi. Paytaxt klubunun hər iki qolunu yeni transferləri - Adamoviç və Kalonas vurublar. Əfqan Talıbov, “Turan” klubunun baş məşqçisi: “Bir tərəfdən
Premyer Liqanın başlanmasına sevinirik, digər tərəfdən isə problemlərimiz var. Məğlubiyyətdə
səbəbi araşdırmağa vaxt yoxdur. Meydan amili bu gün böyük rol oynadı. Hazırlıq
vaxtı süni meydançada oyun keçirmədik. Qış fasiləsində heyətdən 8 nəfər getdi,
gecə-gündüz çalışmalıyıq ki, onların yerini dolduraq. Stukalovun oyununu fərqləndirmək
istərdim. Sadə epizodlardakı səhvlər məğlubiyyətə gətirib çıxardı”.
Ramil Əliyev, “Rəvan” klubunun baş məşqçisi: “Turnir cədvəlindəki
vəziyyətimiz qələbəyə oynamağa məcbur edir. Bugünkü oyunda nəticə üçün oynayırdıq. Qələbə
qazandığımız üçün şadam. Bəzi səhvlər var ki, bunları aradan qaldırmağa
çalışacağıq. Çempionatda zəif rəqib yoxdur, “Turan” yaxşı oyun göstərdi. Qələbəni
azarkeşlərimizə həsr edirik”.
|