Topaz Premyer Liqasının 19-cu turunda “Kəpəz”in qonağı
olan “Neftçi” rəqibini 3-0 hesabı ilə məğlub edərək mövsümdə 10-cu qələbəsini
qazandı.
Böyükağa Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “Antalya
toplanışından sonra komandada bir qədər yorğunluq hiss olunurdu. Ona görə də
ilk dəqiqələrdə oyunumuzu tapa bilmədik. Həm də fasilədən sonra “Kəpəz”də necə
komanda yığıldığını bilmirdik. Buna baxmayaraq, irəliləyən dəqiqələrdə oyunun tempini
tutduq və öz oyunumuzu diqtə eləməyə başladıq. Məğlub olmasına baxmayaraq, rəqib
əzmkar mübarizə apardı”.
Mahmud Qurbanov, “Kəpəz” klubunun baş məşqçisi: “Bugünkü
oyunda təcrübə öz sözünü dedi. Komandamız toplanışa gec yığıldı. Transferlərimiz
uğurlu alınmadı. Məcburiyyətdən gənclərə yer verdik. “Neftçi” bu gün daha hazırlıqlı
idi. Rəqib oyunçular fərdi ustalıqları baxımından da bizi üstələdi. Qapıçı
problemi yaşayırıq. Fasilədə yaxşı qolkiper tapa bilmədik. Qarşıdakı oyunlara
baxmalıyıq. Xallar qazanıb, bu vəziyyətdən çıxmağa çalışacağıq”.
|