Emin Mahmudov Azərbaycan çempionatlarında 40-cı qolunu vurub. “Neftçi”nin kapitanı Misli Premyer Liqasının XXIX turunun “Sumqayıt”la ev matçında (1:1) fərqlənib. Ölkə çempionatında yalnız “ağ-qaralar”ın heyətində çıxış edən 32 yaşlı yarımmüdafiəçi bütün qollarını Bakı klubunda vurub. O, 2017/18 mövsümündən “Neftçi”nin formasını geyinir. Mahmudov klubun tarixində Azərbaycan çempionatlarında ən azı 40 qol vuran 5-ci futbolçudur.
|