Futbol
üzrə Azərbaycan I Divizionunda çıxış edən “Neftçala” klubu on futbolçu ilə
yollarını ayırıb. Əyalət təmsilçisi ikinci dövrədən etibarən Əli Bağırov, Qalib
Əmrahov, Elnur Abbasov, Azər Cabbarov, Afiq Yusifov, Vitali Balamestnıy, Orxan
Mirzəyev, Vaqif Şirinbəyov, Samir Hüseynli və Ramil Abbasovun xidmətindən
yararlanmayacaq. Bundan əlavə klub texniki direktor Hüseynqulu Quliyevlə də
yollarını ayırıb.
|