Unibank Premyer Liqasının son turunda AZAL-la oyun öncəsi isinmə
hərəkətləri zamanı zədələnən və bu səbəbdən də oyunu buraxan “Qarabağ” klubunun
kapitanı Rəşad Sadiqov artıq müayinə olunub. Klubun rəsmi saytına müsahibə verən
yarımmüdafiəçi 10 gün sonra yenidən yaşıl meydanlara qayıdacağına inandığını
bildirib: “Topa hərəkət edərkən ayağımda kəskin ağrı hiss etdim. Sol tərəfdən
qasıq nahiyəsində dartılma var. Azı 1 həftə istirahət etməliyəm. Təbii ki, ən
vacib məqamda zədələnməyim yerinə düşmədi. Qarşıdan vacib oyunlar gəlir.
Görünən odur ki, 10 gündən tez hazır olmayacam”.
|