“Xəzər Lənkəran” klubu ispan futbolçu Alvaro Silva Linareslə
1,5 illik müqavilə imzalayıb. Klubdan verilən məlumata görə, 28 yaşlı Alvaro komandanın
məşqlərində və iştirak etdiyi bir yoldaşlıq oyununda özünü
kifayət qədər etibarlı müdafiəçi kimi göstərə bilib.
Mərkəz müdafiəçisi mövqeyində oynayan Alvaro Silva Linares
İspaniyanın “Malaqa”, “Xerez”, “Kadiz” və Rumıniyanın “Petrolul Ploesti” klublarında
oynayıb. İspan müdafiəçinin son çıxış etdiyi klub isə İspaniya “Xerez”i olub.
|