![](uploads/76032PFL yaşıl loqo.png) İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
Misli Premyer Liqası XXIII tur
17.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXIII turun “Sabah” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);
18.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXIII turun “Sumqayıt” – “Turan Tovuz” oyununda meydançaya kənar şəxs daxil olduğuna görə “Sumqayıt” klubu 800 manat cərimə edilir (maddə 51.2);
18.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXIII turun “Sumqayıt” – “Turan Tovuz” oyununun 2-ci hissəsi “Sumqayıt” klubunun meydançaya gec daxil olması səbəbindən 4 dəqiqə gec başladığı üçün “Sumqayıt” klubu 1500 manat cərimə edilir (maddə 60.4);
Əvəzedicilər liqası XXIII tur
18.02.2024-cü il tarixində Əvəzedicilər liqasında XXIII turun “Səbail-2” – “Araz-Naxçıvan-2” oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilir (maddə 37);
18.02.2024-cü il tarixində Əvəzedicilər liqasında XXIII turun “Səbail-2” – “Araz-Naxçıvan-2” oyununun 90+1-ci dəqiqəsində “Araz-Naxçıvan-2” komandasının 87 nömrəli futbolçusu Nihad Əmrahzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Araz-Naxçıvan-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);
19.02.2024-cü il tarixində Əvəzedicilər liqasında XXIII turun “Qəbələ-2” – “Qarabağ-2” oyununun 90+4-cü dəqiqəsində “Qarabağ-2” komandasının 92 nömrəli futbolçusu İbrahim Camalov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Qarabağ-2” komandası 150 manat cərimə edilir (maddə 39.1);
19.02.2024-cü il tarixində Əvəzedicilər liqasında XXIII turun “Neftçi-2” – “Zirə-2” oyununda “Zirə-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Zirə-2” komandası 70 manat cərimə edilir (maddə 37);
19.02.2024-cü il tarixində Əvəzedicilər liqasında XXIII turun “Sumqayıt-2” – “Turan Tovuz-2” oyununda “Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt-2” komandası 70 manat cərimə edilir (maddə 37).
|