![](uploads/17967PFL yaşıl loqo.png) İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
Azərbaycan Kuboku ¼ final
08.02.2024-cü il tarixində Azərbaycan Kubokunda ¼ finalın “Qarabağ” – “Sabah” oyununun 78-ci dəqiqəsində “Qarabağ” klubunun 20 nömrəli futbolçusu Riçard Almeyda ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanır, “Qarabağ” klubu 1500 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 39.1, 32);
09.02.2024-cü il tarixində Azərbaycan Kubokunda ¼ finalın “Qəbələ” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilir (maddə 37);
09.02.2024-cü il tarixində Azərbaycan Kubokunda ¼ finalın “Neftçi” – “Sumqayıt” oyununda “Neftçi” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi” klubu 700 manat cərimə edilir (maddə 37);
09.02.2024-cü il tarixində Azərbaycan Kubokunda ¼ finalın “Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” klubu 700 manat cərimə edilir (maddə 37);
09.02.2024-cü il tarixində Azərbaycan Kubokunda ¼ finalın “Neftçi” – “Sumqayıt” oyunu bitdikdən sonra “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” klubu 1500 manat cərimə edilir (maddə 52.2);
I Liqa XIII tur
08.02.2024-cü il tarixində I Liqanın XIII turunun “Difai Ağsu” – “Araz Saatlı” oyununda “Araz Saatlı” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Araz Saatlı” klubu 70 manat cərimə edilir (maddə 37);
08.02.2024-cü il tarixində I Liqanın XIII turunun “Mingəçevir” – “Şamaxı” oyununda “Şamaxı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı” klubu 70 manat cərimə edilir (maddə 37);
09.02.2024-cü il tarixində I Liqanın XIII turunun “Zaqatala” – “Qaradağ Lökbatan” oyununun 43-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 3 nömrəli futbolçusu Rəşad Həsənov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilir (maddə 41).
|