![](uploads/67954PFL yaşıl loqo.png) İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
Misli Premyer Liqası XX tur
27.01.2024-cü il tarixində Misli Premyer Liqasının XX turunun “Kəpəz” – “Qarabağ” oyununda “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);
27.01.2024-cü il tarixində Misli Premyer Liqasının XX turunun “Zirə” – “Sabah” oyununun 44-cü dəqiqəsində “Sabah” klubunun 4 nömrəli futbolçusu Elvin Camalov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Sabah” klubu 500 manat cərimə edilir (maddə 36.5);
28.01.2024-cü il tarixində Misli Premyer Liqasının XX turunun “Neftçi” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Qəbələ” klubu 700 manat cərimə edilir (maddə 37);
28.01.2024-cü il tarixində Misli Premyer Liqasının XX turunun “Neftçi” – “Qəbələ” oyununun 59-cu dəqiqəsində “Qəbələ” klubunun 3 nömrəli futbolçusu Zurab Oçiqava rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qəbələ” klubu 800 manat cərimə edilir (maddə 41);
28.01.2024-cü il tarixində Misli Premyer Liqasının XX turunun “Neftçi” – “Qəbələ” oyunu bitdikdən sonra “Qəbələ” klubunun 9 nömrəli futbolçusu Əyyub Allaş hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, “Qəbələ” klubu 3000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 43.3, 32);
Azərbaycan Kuboku ¼ final
30.01.2024-cü il tarixində Azərbaycan Kubokunda ¼ final mərhələsinin “Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilir (maddə 51.2);
31.01.2024-cü il tarixində Azərbaycan Kubokunda ¼ final mərhələsinin “Araz-Naxçıvan” – “Qəbələ” oyununun 75-ci dəqiqəsində “Qəbələ” klubunun 4 nömrəli futbolçusu Lukas Afriko ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanır, “Qəbələ” klubu 1500 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 39.1, 32);
31.01.2024-cü il tarixində Azərbaycan Kubokunda ¼ final mərhələsinin “Sumqayıt” – “Neftçi” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” klubu 700 manat cərimə edilir (maddə 37);
Əvəzedicilər liqası XX tur
27.01.2024-cü il tarixində Əvəzedicilər liqasının XX turunun “Turan Tovuz-2” – “Səbail-2” oyununun 72-ci dəqiqəsində “Turan Tovuz-2” komandasının 18 nömrəli futbolçusu Budaq Nəsirov təcavüzkar davranışa (komanda yoldaşını vurduğu üçün) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Turan Tovuz-2” komandası 300 manat cərimə edilir (maddə 40.3);
27.01.2024-cü il tarixində Əvəzedicilər liqasının XX turunun “Turan Tovuz-2” – “Səbail-2” oyununun 72-ci dəqiqəsində “Turan Tovuz-2” komandasının 12 nömrəli qapıçısı Elxan Qasımov təcavüzkar davranışa (komanda yoldaşını vurduğu üçün) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Turan Tovuz-2” komandası 300 manat cərimə edilir (maddə 40.3);
28.01.2024-cü il tarixində Əvəzedicilər liqasının XX turunun “Zirə-2” – “Sabah-2” oyununun 50-ci dəqiqəsində “Zirə-2” komandasının 93 nömrəli futbolçusu Yelmar Aşurov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Zirə-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);
28.01.2024-cü il tarixində Əvəzedicilər liqasının XX turunun “Zirə-2” – “Sabah-2” oyununun 90+3-cü dəqiqəsində “Zirə-2” komandasının 52 nömrəli futbolçusu Emil Bayramov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Zirə-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);
28.01.2024-cü il tarixində Əvəzedicilər liqasının XX turunun “Zirə-2” – “Sabah-2” oyununda PFL Əsasnaməsinin tələbi pozulduğu üçün “Zirə-2” komandası 50 manat cərimə edilir (maddə 70.1);
28.01.2024-cü il tarixində Əvəzedicilər liqasının XX turunun “Qarabağ-2” – “Kəpəz-2” oyununun 52-ci dəqiqəsində “Qarabağ-2” komandasının 47 nömrəli futbolçusu Musa Musazadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Qarabağ-2” komandası 150 manat cərimə edilir (maddə 40.1);
28.01.2024-cü il tarixində Əvəzedicilər liqasının XX turunun “Qarabağ-2” – “Kəpəz-2” oyununda xərəkdaşıyanlar olmadığına görə “Qarabağ-2” komandası 80 manat cərimə edilir (maddə 74.1);
29.01.2024-cü il tarixində Əvəzedicilər liqasının XX turunun “Neftçi-2” – “Qəbələ-2” oyununda “Qəbələ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qəbələ-2” komandası 70 manat cərimə edilir (maddə 37).
|