Mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə “Xəzər Lənkəran”
yanvarın 13-də Türkiyənin Antalya şəhərinə yola düşəcək. 5 fevralda bitəcək
hazırlıq dövründə cənub təmsilçisi bütün mövqelər üzrə bir sıra futbolçuları baxışdan
keçirəcək.
Toplanış çərçivəsində “Xəzər Lənkəran” 5 yoxlama oyununda
qüvvəsini sınayacaq.
“Xəzər Lənkəran” - “Rapid” (Moldova) 19 yanvar
“Xəzər Lənkəran” – “Krivbass” 22 yanvar
“Xəzər Lənkəran” – “Pribram” (Çexiya) 30 yanvar
26 yanvar və 2 fevral tarixlərində keçiriləcək yoxlama
oyunlarındakı rəqiblər hələlik dəqiqləşməyib.
|