Misli Premyer Liqasında XXIII turun oyun cədvəli məlum olub. Turun görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
17 fevral (şənbə) “Sabah” – “Kəpəz” “Bank Respublika Arena”, 16:00 “Səbail” – “Araz-Naxçıvan” “ASCO Arena”, 18:30
18 fevral (bazar)
“Sumqayıt” – “Turan Tovuz” Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:30
“Neftçi” – “Zirə” “Neftçi Arena”, 18:00
Qeyd: “Qarabağ” klubunun rəsmi müraciəti, “Qəbələ” klubunun razılıq məktubu, PFL Əsasnaməsinin 6-cı maddəsinin 2-ci bəndi nəzərə alınaraq “Qarabağ” klubunun ölkəmizi Avropa Liqasında layiqincə təmsil etməsi məqsədilə Misli Premyer Liqasının XXIII turunun “Qəbələ” – “Qarabağ” oyunu PFL tərəfindən təxirə salınıb. Görüşün oynanılma vaxtı ilə bağlı PFL-in rəsmi saytında əlavə məlumat yerləşdiriləcək. Komandaların əvəzedici heyətləri arasında baş tutacaq oyun təqvimə uyğun şəkildə reallaşacaq.
|