Topaz Premyer Liqasının qış fasiləsinə turnir cədvəlinin
5-ci pilləsində yollanan “Qəbələ” klubu bu gündən etibarən hazırlıqlara start
verir. Klubdan verilən məlumata görə, Mingəçevirdə baş tutacaq hazırlıq
prosesinin ilkin mərhələsi yanvarın 18-ə kimi davam edəcək.
Yanvarın 20-də Antalyaya yola düşəcək komanda qonşu ölkədə təlim-məşq
toplanışının ikinci mərhələsini keçirəcək. Fevralın 3-dək davam edəcək toplanış
zamanı “Qəbələ” 22, 25, 28 yanvar və 1 fevral tarixlərində yoxlama oyunları
keçirəcək. Komanda toplanış müddətində Antalyanın Belek bölgəsində yerləşən
“Gloria Serenity” mehmanxanasında məskunlaşacaq.
|