“İnter”
klubunun braziliyalı futbolçusu Tales Şutz ölkəsində təkrar əməliyyat olunacaq.
Klubdan verilən məlumata görə, Şutzun komandanın Türkiyədə keçiriləcək qış
toplanışında iştirakı sual altındadır. Paytaxt təmsilçisinin digər zədəli
futbolçusu Georgi Adamiya isə təkrar tibbi müayinədən keçmək üçün yaxın zamanda Almaniyaya gedəcək. Qeyd edək
ki, gürcü futbolçu 4 aydır ki, zədədən əziyyət çəkir.
|