Misli Premyer Liqasının 2023/24 mövsümünün ilk yarısının oyunlarını 132 min 959 tamaşaçı izləyib. İlk iki dövrədə baş tutan 90 matçda orta tamaşaçı sayı 1477-yə bərabər olub.
18 turun rekordu Tovuzda qeydə alınıb. X turun oktyabrın 20-də keçirilən “Turan Tovuz” – “Qarabağ” görüşündə (2:2) 6000 seyrçi qeydə alınıb.
Qərb təmsilçisi çempionatın tamaşaçı sayındakı mütləq lideridir. “Turan Tovuz”un ev oyunlarını orta hesabla 4322 izləyici seyr edib.
Tovuzlular ən yaxın izləyicilərini 2 dəfədən çox üstələyir. Lideri ötən mövsümün mükafatçıları izləyir. “Neftçi” 2-ci, “Sabah” 3-cü, “Qarabağ” 4-cü yerdə qərarlaşıb. Bu dörd komandadan başqa “Sumqayıt”la “Kəpəz”də də orta göstərici 1000-dən yüksəkdir.
yer
|
komanda
|
tamaşaçı
|
oyun
|
orta
|
1
|
Turan Tovuz
|
38900
|
9
|
4322
|
2
|
Neftçi
|
17196
|
9
|
1911
|
3
|
Sabah
|
13404
|
9
|
1489
|
4
|
Qarabağ
|
14418
|
10
|
1442
|
5
|
Sumqayıt
|
11836
|
9
|
1315
|
6
|
Kəpəz
|
9625
|
8
|
1203
|
7
|
Zirə
|
8480
|
9
|
942
|
8
|
Səbail
|
8100
|
9
|
900
|
9
|
Qəbələ
|
6180
|
9
|
687
|
10
|
Araz-Naxçıvan
|
4820
|
9
|
536
|
|
Cəmi
|
132959
|
90
|
1477
|
|