14-28 yanvar tarixlərində Antalyada təlim-məşq toplanışı
keçirəcək “Bakı”
klubu 3 yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Yanvarın 19-da Almaniyanın
“Dinamo” (Drezden) klubu ilə qarşılaşacaq paytaxt təmsilçisinin daha bir rəqibi
isə “Osiek” klubu olacaq. Xorvatiya təmsilçisi ilə yoxlama oyunu yanvarın
27-də baş tutacaq.
Üçüncü yoxlama oyununun 22-23 yanvar tarixlərində keçirilməsi planlaşdırılsa da,
rəqibin kimliyinə, hələ ki, aydınlıq gəlməyib.
|