Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşdi. Bir qarşılaşmadan ibarət mərhələnin bir görüşü “AzPFL” yutub kanalında, digər matçlar isə “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq:
18 dekabr (bazar ertəsi)
"Kəpəz" - "Sabah" Tovuz şəhər stadionu, 14:00 (“CBC Sport” / canlı)
"Sumqayıt" - "Karvan" "Kapital Bank Arena", 17:00 (“AzPFL” / canlı)
19 dekabr (çərşənbə axşamı)
"İrəvan" - "Araz-Naxçıvan" "ASK Arena", 13:00 (“CBC Sport” / canlı)
"İmişli" - "Qəbələ" Qəbələ şəhər stadionu, 16:00 (“CBC Sport” / canlı)
20 dekabr (çərşənbə)
"Səbail" - "Şamaxı" "ASCO Arena", 14:00 (“CBC Sport” / canlı)
"Zirə" - "Turan Tovuz" Zirə İdman Kompleksinin stadionu, 17:00 (“CBC Sport” / canlı)
21 dekabr (cümə axşamı) “Qarabağ” – MOİK 14:00 (“CBC Sport” / canlı)
“Neftçi” – “Qaradağ Lökbatan” "Neftçi Arena", 18:00 (“CBC Sport” / canlı)
Qeyd: “İmişli” – “Qəbələ” oyununun keçiriləcəyi stadionun müəyyənləşdirilməsi ilə bağlı Əsasnamə proseduruna uyğun olaraq “İmişli” klubuna məlumat verilib və yekunda matçın Qəbələ şəhər stadionunda oynanılması qərara alınıb.
|