Topaz Premyer Liqasının XVIII turunun “Simurq” – “Rəvan” matçının 68-ci dəqiqəsində “Rəvan” klubunun heyətində 15 №-li futbolçusu Tural Cəlilovun əvəzinə 10 №-li futbolçusu Nemaniya Vidakoviç (8-ci legioner futbolçu) daxil olmuş və nəzərdə tutulan limit pozulmuşdur. Bu səbəbdən də “Rəvan” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 98).
Topaz Premyer Liqasının XVIII turunun “Sumqayıt” – “Kəpəz” matçında “Kəpəz” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyunun 74-cü dəqiqəsində “Kəpəz” klubunun 88 №-li futbolçusu Bujamin Asani kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Topaz Premyer Liqasının XVIII turunun “Qarabağ” – “Xəzər Lənkəran” matçının 73-cü dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri pirotexniki vasitə istifadə etdiyinə görə klub 1000 manat cərimə olunur (maddə 52).
Topaz Premyer Liqasının XVIII turunun “Turan” – “Qəbələ” oyunun 76-cı dəqiqəsində “Turan” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).
Topaz Premyer Liqasının XVIII turunun “İnter” – “Bakı” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının XVIII turunun “Neftçi” – AZAL matçında “Neftçi” klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Matçın 61-ci dəqiqəsində “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 62).
Oyunun 73-cü dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).
Matçdan sonra keçirilən mətbuat konfransında “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev hakimin idarəçiliyi haqqında qeyri-etik ifadələr işlətdiyi üçün klub 2000 manat cərimə olunur (maddə 82).
Əvəzedici heyətlərin çempionatının XVIII turunun “Sumqayıt” – “Kəpəz” matçının 75-ci dəqiqəsində “Kəpəz” klubunun 7 №-li futbolçusu Malik Babayev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərin çempionatının XVIII turunun “İnter” – “Bakı” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).