01.09.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

"Kəpəz" 2-3 "Sabah" - Videoicmal

Slide 1

"Şamaxı" 0-0 "Neftçi" - Videoicmal

Slide 1

"Kəpəz" - "Sabah" canlı yayım

Slide 1

“Lerik” – “Füzuli” canlı yayım

Slide 1

“Hypers Guba” – “Saatlı-Araz” canlı yayım

Slide 1

"Göygöl" - "Şimal" canlı yayım

Slide 1

"Şamaxı" - "Neftçi" canlı yayım

   İntizam Komitəsinin iclası keçirildi      2023-12-06

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:

Azərbaycan Kuboku II təsnifat

28.11.2023-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Araz Saatlı” – “İrəvan” oyununda “Araz Saatlı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz Saatlı” klubu 70 manat cərimə edilir (maddə 37);

28.11.2023-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Araz Saatlı” – “İrəvan” matçının oyunöncəsi iclasında “İrəvan” klubunun nümayəndəsi iştirak etmədiyinə görə “İrəvan” klubu 80 manat cərimə edilir (maddə 73.1);

28.11.2023-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Araz Saatlı” – “İrəvan” oyununda PFL Əsasnaməsinin tələbi pozulduğuna görə “Araz Saatlı” klubu 50 manat cərimə edilir (maddə 70.1);

28.11.2023-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Karvan” – “Difai Ağsu” oyununda “Difai Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Difai Ağsu” klubu 70 manat cərimə edilir (maddə 37);

28.11.2023-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Karvan” – “Difai Ağsu” oyununun 69-cu dəqiqəsində “Difai Ağsu” klubunun 2 nömrəli futbolçusu Seymur Rəhimov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Difai Ağsu” klubu 150 manat cərimə edilir (maddə 39.1);

28.11.2023-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin MOİK – “Cəbrayıl” oyununda “Cəbrayıl” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Cəbrayıl” klubu 70 manat cərimə edilir (maddə 37);

29.11.2023-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Kəpəz” – “Baku Sportinq” oyunun hər iki hissəsi “Baku Sportinq” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığına görə “Baku Sportinq” klubu 150 manat cərimə edilir (maddə 60.4);

29.11.2023-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Kür-Araz” – “Araz-Naxçıvan” oyununda “Kür-Araz” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Kür-Araz” klubu 70 manat cərimə edilir (maddə 37);

29.11.2023-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Lerik” – “Sumqayıt” oyununun 23-cü dəqiqəsində “Lerik” klubunun 20 nömrəli futbolçusu Rahid Ağazadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı və hadisə nəticəsində “Sumqayıt” klubunun 18 nömrəli futbolçusu Kristian Velinovski əmək qabiliyyətini bir neçə aylıq itirdiyi üçün, PFL Əsasnaməsinin müstəsna hallarda İntizam Komitəsinin qərarının bütün turnirlərə aid olmasını nəzərdə tutan 19-cu maddəsinin 8-ci bəndinə əsaslanaraq Rahid Ağazadə bütün turnirlər daxil olmaqla 6 oyun cəzalanır, “Lerik” klubu 300 manat cərimə edilir (maddə 40.3, 1);

30.11.2023-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “İmişli” – “Mingəçevir” oyununda “İmişli” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “İmişli” klubu 70 manat cərimə edilir (maddə 37);

30.11.2023-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “İmişli” – “Mingəçevir” oyununun 90+2-ci dəqiqəsində “Mingəçevir” klubunun 60 nömrəli futbolçusu Elmin Bayramov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Mingəçevir” klubu 50 manat cərimə edilir (maddə 36.5);

30.11.2023-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “İmişli” – “Mingəçevir” oyununun 87-ci dəqiqəsində “İmişli” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “İmişli” klubu 150 manat cərimə edilir (maddə 52.2);

30.11.2023-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Zaqatala” – “Şamaxı” oyununda “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Zaqatala” klubu 70 manat cərimə edilir (maddə 37);

30.11.2023-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Zaqatala” – “Şamaxı” oyunu bitdikdən sonra “Zaqatala” klubunun 8 nömrəli futbolçusu Roini İsmayılov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Zaqatala” klubu 50 manat cərimə edilir (maddə 36.5);

30.11.2023-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Zaqatala” – “Şamaxı” oyunu bitdikdən sonra “Zaqatala” klubunun 7 nömrəli futbolçusu Bəhruz Teymurov təcavüzkar davranışa (rəqibi vurmağa cəhd etdiyinə) görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Zaqatala” klubu 200 manat cərimə edilir (maddə 40.2);

30.11.2023-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Zaqatala” – “Şamaxı” oyununda “Şamaxı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı” klubu 70 manat cərimə edilir (maddə 37);

30.11.2023-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Zaqatala” – “Şamaxı” oyunu bitdikdən sonra “Şamaxı” klubunun 10 nömrəli futbolçusu Emin Zamanov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Şamaxı” klubu 50 manat cərimə edilir (maddə 36.5).

Misli Premyer Liqası XV tur

02.12.2023-cü il tarixində Misli Premyer Liqasının XV turunun “Turan Tovuz” – “Sumqayıt” oyununda “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” klubu 700 manat cərimə edilir (maddə 37);

03.12.2023-cü il tarixində Misli Premyer Liqasının XV turunun “Kəpəz” – “Sabah” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);

04.12.2023-cü il tarixində Misli Premyer Liqasının XV turunun “Qarabağ” – “Qəbələ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Qarabağ” klubu 800 manat cərimə edilir (maddə 51.2);

Əvəzedicilər liqası XV tur

03.12.2023-cü il tarixində Əvəzedicilər liqasının XV turunun “Araz-Naxçıvan-2” – “Səbail-2” oyununun 90+3-cü dəqiqəsində “Araz-Naxçıvan-2“ komandasının 85 nömrəli futbolçusu Ayxan Məcidov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Araz-Naxçıvan-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);

03.12.2023-cü il tarixində Əvəzedicilər liqasının XV turunun “Araz-Naxçıvan-2” – “Səbail-2” oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilir (maddə 37);

04.12.2023-cü il tarixində Əvəzedicilər liqasının XV turunun “Turan Tovuz-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt-2” komandası 70 manat cərimə edilir (maddə 37);

04.12.2023-cü il tarixində Əvəzedicilər liqasının XV turunun “Turan Tovuz-2” – “Sumqayıt-2” matçının oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Turan Tovuz-2” komandası 80 manat cərimə edilir (maddə 73.1);

04.12.2023-cü il tarixində Əvəzedicilər liqasının XV turunun “Kəpəz-2” – “Sabah-2” oyununun 48-ci dəqiqəsində “Kəpəz-2“ komandasının 30 nömrəli futbolçusu Sənan Kərimov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Kəpəz-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);

04.12.2023-cü il tarixində Əvəzedicilər liqasının XV turunun “Kəpəz-2” – “Sabah-2” oyununun 85-ci dəqiqəsində “Sabah-2“ komandasının 13 nömrəli futbolçusu İdris İnqilablı ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Sabah-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);

04.12.2023-cü il tarixində Əvəzedicilər liqasının XV turunun “Zirə-2” – “Neftçi-2” oyununun 57-ci dəqiqəsində “Zirə-2“ komandasının 52 nömrəli futbolçusu Emil Bayramov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Zirə-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);

04.12.2023-cü il tarixində Əvəzedicilər liqasının XV turunun “Zirə-2” – “Neftçi-2” oyununun 10-cu dəqiqəsində “Zirə-2“ komandasının baş məşqçisi Zaur Həşimov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Zirə-2” komandası 150 manat cərimə edilir (maddə 42.3).

   Turnir cədvəli
1 Turan Tovuz 5 13
2 Sabah 5 10
3 Araz-Naxçıvan 4 7
4 Qarabağ 3 6
5 Zirə 3 6
6 Sumqayıt 5 6
7 Şamaxı 4 5
8 Səbail 5 4
9 Neftçi 5 4
10 Kəpəz 5 0
Ətraflı
1 Qəbələ 0 0
2 Zaqatala 0 0
3 MOİK 0 0
4 Qaradağ Lökbatan 0 0
5 Mingəçevir 0 0
6 İmişli 0 0
7 Baku Sportinq 0 0
8 Difai Ağsu 0 0
9 Cəbrayıl 0 0
10 Karvan 0 0
Ətraflı
Xəbər arxivi
« Sentyabr 2024 »
1 2 3 4 5 6 7
26272829303101
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30010203040506
Press reliz
19.07.2024
2024/25 mövsümü Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun təqvimi
08.05.2024
“Peşəkar Futbol Liqası”, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb
08.05.2024
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
2023/2024
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: