Topaz
Premyer Liqasının 18-ci turunda “İnter” doğma meydanda “Bakı” ilə qarşılaşdı.
Paytaxt derbisinin taleyini ev sahibi komandanın futbolçusu Baçana Sxadadzenin
vurduğu yeganə qol həll etdi – 1:0.
Bojidar
Bandoviç, “Bakı” klubunun baş məşqçisi: “Bizim üçün çox vacib oyun idi. Oyunun
ilk hissəsində həm müdafidə, həm də hücumda yaxşı oynamadıq. Hücumda müəyyən
çatışmazlıqlar var idi. İkinci hissənin əvvələrində isə 11 metrlik cərimə zərbəsindən
qapımızda qol gördük. Bu mövsüm buraxdığımız 12 qoldan 5-i 11 metrlik cərimə zərbələrindən
vurulub. İkinci hissədə oyunumuzdan narazı qaldım. Rəqib komanda müdafiədə
yaxşı oynadı”.
Kaxaber
Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Həmkarımla razıyam, hər iki komanda
üçün çox vacib oyun idi. Komandalar qələbə üçün istəkli idi, lakin oyunun
sonlarına yaxın müdafiədən hücuma keçməkdə müəyyən çətinlik oldu. Futbolçularımız
hücuma cəld keçmək istəyirdi, rəqib isə müdafiədə inamlı oynayırdı, uzun ötürmələr
üçün boşluq buraxmırdı. İkinci hissədə daha gözəl hücumlar qurduq, qol
epizodunda belə oldu. Hesabı açdıqdan sonra da üstünlüyümüzü qoruduq.
Juninyonun uzaq məsafədən zərbələrini nəzərə almasaq, qapımızda ciddi təhlükə
yaşanmadı. Oyunun sonlarına yaxın “Bakı”nın müdafiəsində yaranmış boşluqlardan istifadə edə bilərdik.
Bu oyunda çoxlu güc sərf etdik, qələbə qazandıq. Rəqib komandanın qapıçısına
tezliklə sağalmağı arzulayıram”.
|