Topaz
Premyer Liqasının 18-ci turunda “Sumqayıt” doğma meydanda Gəncənin “Kəpəz”
klubu ilə qarşılaşdı. Hesabda geri düşməsinə baxmayaraq, oyunda dönüş yarada
bilən ev sahibi komanda yekunda qalib gəldi - 2:1.
Mahmud
Qurbanov, “Kəpəz” klubunun baş məşqçisi: “Bizim üçün acınacaqlı məğlubiyyət
oldu. Qol imkanlarımız rəqibinkindən daha çox idi, hesabı da biz açmışdıq.
Qırmızı vərəqə oyunumuza təsir etdi. Bu qədər təsirli məğlubiyyətimiz olmamışdı”.
Bernhard
Raab, “Sumqayıt” klubunun baş məşqçisi: “Komandadan çox razıyam, son iki
oyundda vacib qələbələr qazandıq. Bugünkü oyunda bəxtimiz də gətirdi. İlk hissədə yaxşı təsir bağışlamadıq. Fasilədə komanda ilə ciddi danışdım və “Kəpəz”in bizdən
daha üstün oynadığını dedim. İkinci hissədə komandanın oyununda müsbətə doğru dəyişiklik oldu.
Futbolçuların sonadək mübarizə aparıb iki qol vurması xoşuma gəldi”.
|