Topaz
Premyer Liqasının 18-ci turunda “Qarabağ” “Xəzər Lənkəran”ı qəbul etdi. Oyuna əvəzetmədən
daxil olan Vüqar Nadirovun vurduğu yeganə qol Ağdam təmsilçisini turnir cədvəlində
ikinpi pilləyə yüksəltdi – 1:0.
Karles
Bakes, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Oyunun nəticəsinin ədalətli olduğunu
düşünürəm. “Qarabağ” yaxşı oyun göstərdi. Bu
gün hücumçusuz oynamaq məcburiyyətində qaldıq. “Xəzər Lənkəran” kimi komandanın
futbolçuları meydanda vuruşmalıdır, təəssüf ki, bu gün komanda adına layiq oyun
göstərmədi. İki dəfə rəqibin qapısına qol vura bilərdik, amma öz qapımızda qol
gördük. Azarkeşlərimizdən üzr istəyirəm”.
Qurban
Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Hər iki komanda qələbə əzmi ilə
oynayırdı. “Xəzər Lənkəran” heyətdəki itkilərə baxmayaraq sona kimi mübarizə
apardı. Oyunun sonuna kimi temp aşağı düşmədi. Çox vacib 3 xal qazandıq, qış fasiləsindən öncə bu qələbə bizim üçün
xoş oldu. Nəticə vermək üçün yaxşı
istirahət edib, ikinci dövrəyə yaxşı hazırlaşmalıyıq”.
|