“Səbail” PFK-nın ev oyunlarını keçirdiyi “ASCO Arena”nın elektrik təchizatında problem yarandığı üçün Misli Premyer Liqasının XIV turunun oyun cədvəlində dəyişiklik edilib. Belə ki, “Səbail klubunun müraciəti əsasında “Kəpəz” Klubu PFL tərəfindən məlumatlandırılıb və əvvəlcədən 18:30-da başlanması nəzərdə tutulan oyunun 14:00-da başlanmasına qərar verilib.
Bundan əlavə, təşkilati məsələlər ilə bağlı 16-cı turun “Zirə” - “Araz-Naxçıvan” oyununun startı 18:00-dan 17:00-a keçirilib.
|