Topaz
Premyer Liqasının 18-ci turunda “Simurq” doğma meydanda “Rəvan”la qarşılaşdı.
Oyunun son dəqiqələrində Zdravko Popoviçin vurduğu qol ilə qalib gələn Zaqatala təmsilçisi
turnir cədvəlində ilk pilləyə yüksəldi – 1:0.
Kemal
Alispahiç, “Rəvan” klubunun baş məşqçisi: “Maraqlı və çətin oyun oldu. “Simurq”
gözəl oyun nümayiş etdirdi. Yaxşı hücumlar təşkil etsək də fərqlənə bilmədik. Təəssüf ki, bu oyunda məğlub olduq”.
Georgi
Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Gözəl oyun keçdi, “Rəvan”ın yaxşı
hücumları oldu. Rəqibin oyunlarını analiz etmişdik. Hücuma meylli komandadır.
Oyunun ikinci hissəsində əvəzetmələrə əl atdıq, qələbə qolunu vura bildik.
Bugünkü oyunda bir neçə oyunçumuz oynamırdı. Azarkeşlərimzə bizə bütün
oyunlarda dəstək olduqları üçün təşəkkürümü bildirirəm”.
|