Topaz
Premyer Liqasının 18-ci turunda Tovuza səfər edən “Qəbələ” yerli “Turan”
komandası ilə oyunda 2-0 hesablı qələbə qazandı.
Ramiz
Məmmədov, “Qəbələ” klubunun baş məşqçisi: “Oyun çətin keçdi, komandamı qələbə
münasibəti ilə təbrik edirəm. Meydanın vəziyyəti baxımlı futbol oynamaq üçün əlverişsiz
idi. Futbolçular verilən tapşırıqları yerinə yetirdilər, əzmkarlıq göstərib
qalib gəldilər”.
Əfqan
Talıbov, “Turan” klubunun baş məşqçisi: “Bir-birindən fərqlənən iki hissə izlədik. İlk hissədə üstünlük bizim tərəfdə idi. Həm texniki, həm taktiki cəhətdən
çətin oyun oldu. Əsas heyətin üç üzvünün bu gün oynamaması oyunumuza təsir
etdi, ikinci hissədə vəziyyətimiz daha da çətinləşdi. Qışda komandanın heyətinin
70-80%-ni saxlamağa çalışacağam”.
|