2020-ci ilin 27 sentyabrında başlayan, 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu işğalda olan torpaqlarımızı azad etdi. Şanlı qələbəmizdən sonra 8 Noyabr ölkəmizdə “Zəfər Günü” olaraq təsis edilib. Peşəkar Futbol Liqası qələbəmizin 3-cü ildönümü münasibətilə Misli Premyer Liqasının XII turunun “Zəfər turu” elan edilməsi barədə qərar qəbul edib.
|