“Qarabağ” klubunun müraciəti, “Kəpəz” klubunun razılıq məktubu ilə Misli Premyer Liqasının 2-ci dövrəsinin “Kəpəz” - “Qarabağ” və 3-cü dövrənin “Qarabağ” - “Kəpəz” oyunlarının yerləri dəyişdirilib. Bu addım “Qarabağ” klubunun Avropa Liqasının qarşıdan gələn “Bayer Leverkuzen”lə oyununa daha yaxşı hazırlaşa bilməsi məqsədilə atılıb.
4 noyabr
"Qarabağ" - "Kəpəz" Tofiq Bəhramov adına Respublika Stadionu, 16:00 (canlı/CBC Sport)
Qeyd: Komandaların əvəzedici heyətləri arasında keçirilən görüşlərlə bağlı əvvəlcədən açıqlanmış cədvəldə heç bir dəyişiklik edilməyib.
|