Həftəsonu Topaz Premyer Liqası ilə yanaşı I divizionda da maraqlı statistik göstərici qeydə alınıb. Bu matçadək çempionatın lideri olan “Neftçala” mövsümdə ilk məğlubiyyətini alıb. Bununla da cənubluların yenilgisiz oyunlar seriyası 25-də qırılıb. Sonuncu dəfə ötən il dekabrın 11-də “MKT-Araz”a 0:1 hesabı ilə uduzan “Neftçala” 369 gün idi məğlub olmurdu. Bu müddətdə 21 qələbə qazanan cənublular cəmi 4 dəfə heç-heçə etmişdi. 2012-ci ildə ilk dəfə uduzan komandanın seriyası “Qaradağ-Lökbatan”la görüşdə qırıldı – 0:1.
|