Misli Premyer Liqasının 11-ci turunun "Araz-Naxçıvan" - "Qarabağ" oyununun baş tutacağı məkan dəyişdirilib. “Araz-Naxçıvan” klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edərək qadınlar arasında Millət Liqası çərçivəsində 31 oktyabrda baş tutacaq Azərbaycan – Monteneqro matçının “Dalğa Arena”da keçirilməsi, yaranmış qrafik sıxlığı və ot örtüyünün qorunması səbəbindən görüşün Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsini xahiş edib. “Araz-Naxçıvan” klubunun rəsmi müraciətini, “Qarabağ” klubunun razılığını əsas götürən Peşəkar Futbol Liqası qarşılaşmanın Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsinə qərar verib. Matç təqvimdə olduğu kimi "Araz-Naxçıvan" - "Qarabağ" oyunu kimi keçiriləcək və 30 oktyabr saat 19:00-da başlanacaq.
|