Topaz
Premyer Liqasının 17-ci turuna “Rəvan” – “Sumqayıt” oyunu ilə yekun vuruldu.
Dramatik məcrada keçən qarşılaşma qonaq komandanın 3-2 hesablı qələbəsi ilə
başa çatdı.
Bernhard
Raab, “Sumqayıt” klubunun baş məşqçisi: “90 dəqiqə ərzində maraqlı oyun izlədik.
Hər iki komanda açıq oyuna üstünlük verdi. Bizim komanda daha baxımlı oyun və qələbə
əzmi göstərdi. Qalib gəldiyimiz üçün şadam”.
Anar Vəliyev,
“Rəvan” klubunun məşqçisi: “Baş məşqçimiz Kemal Alispahiç cəzalı olduğu üçün bu
gün mətbuat konfransında iştirak edə bilmir. “Sumqayıt” klubunu qələbə münasibəti
ilə təbrik edirəm”.
|