27.07.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

Klublarımız Konfrans Liqasında: 2 qələbə, 1 məğlubiyyət

Slide 1

“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı

Slide 1

Klublarımızın avrokuboklardakı potensial rəqibləri müəyyənləşib

Slide 1

Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirilib

Slide 1

2024/25 mövsümü Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun təqvimi

Slide 1

“Zirə” Avropa Liqası ilə vidalaşdı

Slide 1

II Liqada 14-cü komanda müəyyənləşdi

   İntizam Komitəsinin iclası keçirildi      2023-10-12

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:

Misli Premyer Liqası

06.10.2023-cü il tarixində Misli Premyer Liqasının IX turunun “Zirə” – “Turan Tovuz” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən görüşün hakimlərinin ünvanına kütləvi şəkildə qeyri-etik ifadələr səsləndirildiyinə və bu hal mövsümdə ilk dəfə yaşandığına görə “Turan Tovuz” klubuna xəbərdarlıq edilir (maddə 43.7);

07.10.2023-cü il tarixində Misli Premyer Liqasının IX turunun “Sabah” – “Araz-Naxçıvan” oyununda “Sabah” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələr səsləndirildiyinə və bu hal mövsümdə ikinci dəfə yaşandığına görə “Sabah” klubu 500 manat cərimə edilir (maddə 43.7);

07.10.2023-cü il tarixində Misli Premyer Liqasının IX turunun “Sabah” – “Araz-Naxçıvan” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilir (maddə 51.2);

08.10.2023-cü il tarixində Misli Premyer Liqasının IX turunun “Sumqayıt” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);

08.10.2023-cü il tarixində Misli Premyer Liqasının IX turunun “Sumqayıt” – “Kəpəz” oyununda topdaşıyan rəqib künc zərbəsi başlayarkən topu kənara atdığına görə “Sumqayıt” klubu 1500 manat cərimə edilir (maddə 74.3);

08.10.2023-cü il tarixində Misli Premyer Liqasının IX turunun “Neftçi” – “Qarabağ” oyununun 83-cü dəqiqəsində “Neftçi” klubunun məşqçisi Sənan Qurbanov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanır, “Neftçi” klubu 1500 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 42.3, 32);

08.10.2023-cü il tarixində Misli Premyer Liqasının IX turunun “Neftçi” – “Qarabağ” oyunu bitdikdən sonra “Neftçi” klubunun məşqçisi Miodraq Todorov hakimin qərarına  etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanır, “Neftçi” klubu 1500 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 42.3, 32);

08.10.2023-cü il tarixində Misli Premyer Liqasının IX turunun “Neftçi” – “Qarabağ” oyununda fotoqraflar mövqelərini dəyişdiyinə və icazə verilməyən yerlərdən çəkiliş apardıqlarına görə “Neftçi” klubu 500 manat cərimə edilir (maddə 96);

08.10.2023-cü il tarixində Misli Premyer Liqasının IX turunun “Neftçi” – “Qarabağ” oyunundan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 51.2);

08.10.2023-cü il tarixində Misli Premyer Liqasının IX turunun “Neftçi” – “Qarabağ” oyununda miks zona düzgün təşkil edilmədiyinə, stadionun tunelində insanlar çox olduğuna, həmçinin futbolçular avtobusa rahat daxil ola bilmədiyinə görə “Neftçi” klubuna xəbərdarlıq edilir (maddə 11);

08.10.2023-cü il tarixində Misli Premyer Liqasının IX turunun “Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 27 nömrəli futbolçusu Toral Bayramovun formasının rəqəmləri fərqli olduğuna görə “Qarabağ” klubu 1000 manat cərimə edilir (maddə 75.4);

08.10.2023-cü il tarixində Misli Premyer Liqasının IX turunun “Neftçi” – “Qarabağ” oyununun 78-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə rəqib komandanın ünvanına qeyri-etik ifadələr səsləndirildiyinə və bu hal mövsümdə ikinci dəfə yaşandığına görə “Qarabağ” klubu 500 manat cərimə edilir (maddə 43.7);

II Liqa

09.10.2023-cü il tarixində II Liqanın VI turunun “Baku Sportinq” – “Şəmkir” oyunu qonaq komandanın formasında qüsurlar olduğuna görə 4 dəqiqə gec başladığı üçün “Şəmkir” klubu 80 manat cərimə edilir (maddə 75.6);

09.10.2023-cü il tarixində II Liqanın VI turunun “Şahdağ Qusar” – “Kür-Araz” oyununda “Şahdağ Qusar” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Şahdağ Qusar” klubu 70 manat cərimə edilir (maddə 37);

09.10.2023-cü il tarixində II Liqanın VI turunun “Sheki City” – “Lerik” oyununun 73-cü dəqiqəsində “Lerik” klubunun 3 nömrəli futbolçusu Əflatun Məmmədov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Lerik” klubu 50 manat cərimə edilir (maddə 36.5);

10.10.2023-cü il tarixində II Liqanın VI turunun “Qusar” – “Cəbrayıl” oyununda “Cəbrayıl” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Cəbrayıl” klubu 70 manat cərimə edilir (maddə 37);

10.10.2023-cü il tarixində II Liqanın VI turunun “Qusar” – “Cəbrayıl” oyununda “Qusar” klubunun nümayəndələri “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə “Qusar” klubu 50 manat cərimə edilir (maddə 51.8);

10.10.2023-cü il tarixində II Liqanın VI turunun “Dinamo” – “Kürmük Qax” oyununda “Dinamo” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Dinamo” klubu 70 manat cərimə edilir (maddə 37);

10.10.2023-cü il tarixində II Liqanın VI turunun “Ağdaş” – “Füzuli” oyununda “Ağdaş” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Ağdaş” klubu 70 manat cərimə edilir (maddə 37);

10.10.2023-cü il tarixində II Liqanın VI turunun “Ağdaş” – “Füzuli” oyununun 83-cü dəqiqəsində “Ağdaş” klubunun 24 nömrəli futbolçusu Teymur Həbibov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Ağdaş” klubu 50 manat cərimə edilir (maddə 36.5);

10.10.2023-cü il tarixində II Liqanın VI turunun “Ağdaş” – “Füzuli” oyunu bitdikdən sonra “Ağdaş” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Ağdaş” klubu 80 manat cərimə edilir (maddə 52.1);

10.10.2023-cü il tarixində II Liqanın VI turunun “Ağdaş” – “Füzuli” oyununda əvvəl “Ağdaş” klubu matçın ilkin protokolunu elektron sistemdə gec təsdiqlədiyinə görə “Ağdaş” klubu 100 manat cərimə edilir (maddə 91);

03.10.2023-cü il tarixində II Liqanın V turunun “Göygöl” – “Dinamo” oyununda “Göygöl” klubunun heyətində 25 nömrəli futbolçu Fərid Məmmədovun çıxış etməsi ilə bağlı “Dinamo” klubunun müraciəti haqqında qərar məsələnin daha detallı araşdırılması üçün növbəti iclasa saxlanılır.

Əvəzedicilər liqası

07.10.2023-cü il tarixində Əvəzedicilər liqasının IX turunun “Sumqayıt-2” – “Kəpəz-2” oyununun 59-cu dəqiqəsində “Kəpəz-2” komandasının 2 nömrəli futbolçusu Nicat Verdiyev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanır, “Kəpəz-2” komandası 200 manat cərimə edilir (maddə 43.1);

07.10.2023-cü il tarixində Əvəzedicilər liqasının IX turunun “Zirə-2” – “Turan Tovuz-2” oyununda “Turan Tovuz-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz-2” komandası 70 manat cərimə edilir (maddə 37);.

07.10.2023-cü il tarixində Əvəzedicilər liqasının IX turunun “Qəbələ-2” – “Səbail-2” görüşündə hakim-inspektor oyunun videoyazısı ilə təmin edilmədiyinə görə “Qəbələ-2” komandası 50 manat cərimə edilir (maddə 77.2).

   Turnir cədvəli
1 Araz-Naxçıvan 0 0
2 Qarabağ 0 0
3 Kəpəz 0 0
4 Neftçi 0 0
5 Sabah 0 0
6 Səbail 0 0
7 Sumqayıt 0 0
8 Şamaxı 0 0
9 Turan Tovuz 0 0
10 Zirə 0 0
Ətraflı
1 Qəbələ 0 0
2 Zaqatala 0 0
3 MOİK 0 0
4 Qaradağ Lökbatan 0 0
5 Mingəçevir 0 0
6 İmişli 0 0
7 Baku Sportinq 0 0
8 Difai Ağsu 0 0
9 Cəbrayıl 0 0
10 Karvan 0 0
Ətraflı
Xəbər arxivi
« İyul 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 2627 28
29 30 3101020304
05060708091011
Press reliz
08.05.2024
“Peşəkar Futbol Liqası”, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb
08.05.2024
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
2023/2024
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: